Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Parçalandı Xocalım” adlı ədəbi-bədii kompozisiya təqdim olundu

26.02.2020

Naftalan şəhər Uşaq Musiqi Məktəbində 26 fevral “Xocalı Soyqırımı” faciəsinin 28-cı ildönümü ilə əlaqədar tədbir  keçirildi.
Şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin  direktoru  çıxış edərək, XX əsrin bir çox soyqırım və etnik təmizləmə cinayətlərindən ən dəhşətlisi-Xocalı soyqırımının təşkilatçıları və  icraçılarının bəşəriyyətə qarşı ən ağır  cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunacaqlarını bildirdi. Məktəbin şagirdi Rəmziyyə Babazadə “Xocalı soyqırımı” barədə kollektiv qarşısında məruzə ilə çıxış etdi.
Daha sonra məktəbin şagirdlərinin hazırladığı “Parçalandı Xocalım” adlı ədəbi-bədii kompozisiya dinlənildi.
Tədbirin sonunda 26 fevral “Xocalı Soyqırımı” faciəsinə həsr olunmuş film  nümayiş  etdirildi.

 

196.7 KB

 

206.5 KB

 

132.8 KB