Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində “Xocalı” filmi nümayiş etdirildi

26.02.2020

"Xocalının səsi" qəzeti və Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi birgə Xocalı haqqında film nümayiş etdirdilər.
Fevralın 26-da "Xocalının səsi" qəzetinin və Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı soyqırımı haqqında film nümayiş etdirildi.
Əvvəlcə şagirdlərin Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində Xocalı mədəniyyətinə aid eksponatlara, Milli Qəhrəmanlarımız və şəhidlərimiz haqqında stendlərə baxışı oldu.
Sonra Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov və "Xocalının səsi" qəzetinin redaktoru, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Qalib Quliyev çıxış edərək Xocalı Soyqırımı həqiqətlərindən, soyqırımın səbəbləri və nəticələrindən məlumat verdilər. Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırdılar. Gənc nəslin yaddaşında Xocalı soyqırımının unudulmaması üçün şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışdılar. 
Sonda "Xocalı qətliamı" adlı sənədli filmin və "Xoca" filminin nümayişi oldu.

 

925.1 KB

 

125.9 KB