Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə Regional Mədəniyyət İdarəsi ”Siz hər zaman bizimləsiz” adlı xeyirxahlıq kompaniyasına başladı

25.03.2020

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsinin kollektivi "Siz hər zaman bizimləsiz" adlı xeyirxahlıq ənənələrimizi yaşadan kompaniyaya başladı. Yaşı 65-dən yuxarı olan, mədəniyyət sahəsində çalışan ahıl insanlara baş çəkiləcək, onlara sovqat aparılacaqdır. Regional İdarənin nəzdində olan Gəncə, Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər (Gəncə şəhərində yerləşən 1500 ailləlik Yeni qəsəbə) və Xocalı (Goranboy rayonunda yerləşən Aşağı Ağcakənd qəsəbə) rayonlarında yaşayan yaşı 65-dən yuxarı mədəniyyət işçilərinə gün ərzində 10-15 nəfərə baş çəkiləcəkdir. Regional idarənin milli-mənəvi dəyərlərimizə söykənən "Siz hər zaman bizimləsiz" adlı kompaniyası mütəmadi davam edəcəkdir. Bu kompaniyanın həyata keçməsində bizə dəstək olan "Türkan" Telekom şirkətinə, "Əminə" marketlər şəbəkəsinə Gəncə Regional Mədəniyyət İdarəsinin kollektivi öz minnətdarlığını bildirir.

 

85.5 KB

 

219.7 KB

 

279.7 KB