Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Quliyevin mahnılarından ibarət konsert

10.01.2018

Samux rayonu, Sərkar kənd Uşaq Musiqi Məktəbində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Azərbaycanın caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevin mahnılarından ibarət konsert olmuşdur.

Məktəbin direktrou Səadət Məmmədbəyova tədbir iştirakçılarını salamlayaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bir daha təbrik etmiş, Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat vermişdir.

O, Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncama əsasən Tofiq Quliyevin 80 illik yubileyinin təntənəli şəkildə keçirilməsindən danışaraq, minnətdarlıq hissi ilə qeyd etmişdir ki, ulu öndərimiz Heydər Əliyevin mədəniyyət, incəsənət işçilərinə, yaradıcı insanlara diqqət və qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkə başçımızın müvafiq saylı Sərəncamına əsasən ötən il Tofiq Quliyevin anadan olmasının 100 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.

Bu gün məktəbimizdə görkəmli bəstəkar, Xalq artisti Müslüm Maqomayev Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və dirijoru olmuş, Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmiş Tofiq Quliyevin bəstələdiyi mahnılardan ibarət maraqlı konsert proqramı təşkil olunmuşdur.

Konsertdə bəstəkar Tofiq Quliyevin bəstələdiyi mahnılar “Sən mənimsən mən sənin”, “Tez gəl”, “Sənə də qalmaz”, “Qızmar günəş altında” kino filmindən qızların mahnısı, “Vals”, “Qəmqin” mahnı, “Axşam” mahnısı və sair təqdim olunmuşdur.

 

21.2 KB

 

22.2 KB