Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Aleksey Nikolayeviç Tolstoy-135

09.01.2018

9.01.2018-ci il tarixdə  Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı rus ədəbiyyatının görkəmli yazıçılarından biri Aleksey Nikolayeviç Tolstoyun anadan olmasının 135 illiyi münasibətilə “Aleksey Nikolayeviç Tolstoy-135” adlı sərgi – söhbət keçirdi. Böyük kitabxanaçı Təranə Aslanova əvvəlcə Aleksey Tolstoyun həyat və yaradıcılığı, sonra isə sərgiyə qoyulmuş kitablar haqqında məlumat verdi. Aleksey Tolstoyun yaradıcılığı öz hərtərəfliliyi, janr zənginliyi, fikir və problem dərinliyi, irəli sürdüyü məsələlərin çox orijinal bədii həlli baxımından fərqlənərək, müəllifə böyük şöhrət qazandırıb sovet ədəbiyyatı klassikləri sırasına yüksəlmişdir. Müəllifin yaradıcılığı inqilabdan əvvəl və sonrakı dövrləri əhatə edir. İnqilabdan sonrakı dövrdə yaradıcılığı daha yüksək olmuşdur. Ən çox da yaradıcılığında vətənpərvərlik mövzusu geniş yer tutur.

Bu gün A. Tolstoy kitabxanamızda rus dilində kitabları oxunan müəlliflərdəndir.

Sərgidə müəllifin öz əsərləri ilə yanaşı, haqqında yazılmış kitablar, sitatlar, dövrü mətbuatdan qəzet və jurnal materialları nümayiş etdirilirdi..

Tədbirdə kitabxananın oxucuları iştirak etdilər və sərgidən bir çox oxucular müəllifin əsərlərini oxumaq üçün götürdülər.