Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zamanın Böyük bəstəkarı - Qara Qarayev

10.01.2018

10.01.2018 –ci il tarixdə Gəncə şəhər MKS-nin 9 saylı kitabxana filialında görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, akademik, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı Qara Qarayevin anadan olmasının100 illiyi ilə əlaqədar olaraq “Zamanın Böyük bəstəkarı - Qara Qarayev” adı altında musiqi saatı kecirildi.Tədbirdə kitabxananın oxucuları iştirak etdilər.9 saylı filialın kitabxanaçısı Sabirə Səfərova iştirakçıları salamladı . 37 saylı orta məktəbin musiqi müəllimi Elza İbrahimova Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Onun, musiqimizdə bir bəstəkar pedaqoq kimi gələcəyə yeni yollar açan novator sənətkarlığından, yaradıcılığında Vətən və vətənpərvərlik mövzusunun bir sıra əsərlərinn özəyini təşkil etməsindən danışdı. Cövdət Haciyevlə yazdığı “Vətən “operası ,”Ürək mahnısı”kantatası,”Bizim partiya”,”Səadət mahnısı”,”Azərbaycan “süitası belə əsələrindəndir. Qara Qarayevin yüksək hümanist ideyalar tərənnüm edən ilhamlı musiqisi bu gün də yaşayır və səslənir. Qara Qarayev irsi ölməzdir ,həmişəyaşardır.

Tədbir iştirakçıları Qara Qarayev haqqında söhbətlə bərabər, həm də onun simfonik musiqilərindən parçaları dinlədilər.