Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Samux rayon Mərkəzi Kitabxana Sistemində Xalq artisti Qara Qarayevin 100 illik yubileyi

11.01.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Mərkəzi Kitabxana Sisteminin oxuculara xidmət şöbəsində görkəmli Azərbaycan bəstəkarı SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə “Qara Qarayev dühasına ehtiramla” adlı musiqi saatı təşkil olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Sərəncamı diqqətə çatdırıldı.

Tədbirdə Qara Qarayevin həyat və yaradıcılığından danışıldı, onun əsərlərindən ibarət video-çarx nümayiş etdirildi.

 

18.3 KB