Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Azərbaycan Respublikasında insan hüquqları sahəsində əldə olunmuş nəaliyyətlər” mövzusunda videokonfrans keçirilib

18.06.2020

18.06.2020-ci il tarixində Ombudsmanın Gəncə Regional Mərkəzi və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağstafa, Tərtər və Ucar rayon Heydər Əliyev Mərkəzləri nümayəndələrinin iştirakı ilə 18 İyun Milli İnsan Hüquqları gününə həsr edilmiş “Azərbaycan Respublikasında insan hüquqları sahəsində əldə olunmuş nəaliyyətlər” mövzusunda videokonfrans keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqlarının müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov 18 İyun Milli İnsan Hüquqları günü münasibətilə Ombudsman Səbinə xanım Əliyevanın təbrikini iştirakçılara çatdırdı. O, qeyd etdi ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası, insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı beynəlxalq sənədlərə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Ümumilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Bu il bütün dünyanı bürüyən COVİD-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq Ombudsman xanım Səbinə Əliyevanın təşəbbüsü ilə ölkəmizdə elan edilmiş İnsan Hüquqları Aylığı çərçivəsində həyata keçirilmiş geniş onlayn maarifləndirmə tədbirləri ilə əhalinin hüquqi məlumatlılığınını artırılmasında mühüm nəticələrə nail olunmuşdur.
Tədbirdə çıxış edərək mövzu ətrafında öz fikirlərini bildirən Samux, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağstafa, Tərtər və Ucar rayon Heydər Əliyev Mərkəzlərinin rəhbərləri 18 İyun Milli İnsan Hüquqları gününün ölkəmizdə geniş qeyd edilməsinin əhəmiyyətini vurğuladılar. Onlar Ombudsman təsisatının bu istiqamətdə Heydər Əliyev Mərkəzləri ilə birgə həyata keçirdiyi hüquqi maarifləndirmə işinin vacibliyini diqqətə çatdıraraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün təkliflər irəli sürdülər.

 

598.2 KB

 

143.1 KB

 

156.8 KB