Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Bir ailədə dördüncü şəhid-Aprel döyüşü”

12.01.2018

12 yanvar 2018-ci il tarixində Xocalı rayon mədəniyyət evində Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Xocalı rayonu üzrə baş məsləhətçi əvəzi Ruslan Bəşirovun təşkilatçılığı ilə "Bir ailədə dördüncü şəhid-Aprel döyüşü" adı altında vətənpərvərlik mövzusunda tədbir keçirildi. Tədbirdə Xocalı şəhər 4 nömrəli orta məktəbin müəllim və şagirdləri və mədəniyyət işçiləri iştirak edirdilər. Sonda Aprel döyüşlərində şəhid olan Xocalı rayon Meşəli kənd sakini Sərvan Mehralıyevin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi. Sərvan Mehralıyev ölümündən sonra Prezidentimiz tərəfindən "Azərbaycan bayrağı ordeni" ilə təltif edilmişdir. Onu da qeyd edim ki, Sərvan Mehralıyev Lələ təpə uğrunda gedən döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərvan Mehralıyev ümumiyyətlə Qarabağ döyüşləri zamanı Mehralıyevlər ailəsinin verdiyi dördüncü şəhiddir.

 

33.9 KB

 

33.2 KB