Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə onlayn tədbir keçirildi

29.07.2020

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialı ilə birlikdə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Zoom proqramı vasitəsilə onlayn tədbir keçirdi. Tədbiri giriş sözü ilə açaraq Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, bu günün əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndərin 2001-ci il avqust ayının 9-da Azərbaycan əlifbası bə Azərbaycan dili gününün təsis edilməsi haqqında fərman imzalayıb. Ana dili günüdə məhz həmin fərmanla təsis edilib.
Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialının direktoru Lyudmila Axundova çıxışında bildirdi ki, dil millətin təsdiqi, onun milli varlığını müəyyənləşdirən əsas amillərdən biridir. Dövlət müstəqilliyimizin atributlarından biri hesab edilən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Heydər Əliyev Mərkəzin kiçik elmi işcisi Dursun Əliyeva, Mərkəzin bələdçiləri Könül Süleymanova, Sevinc Əhmədova öz çıxışlarında ana dilimizin inkişafına dövlətimizin həmişə xüsusi diqqəti və qayğısı olmasından və Azərbaycan dilinin safaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atılmasından geniş danışdılar. Bildirdilər ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir.
Tədbirdə Ağstafa Regional Mədəniyyət Idarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzi Həsənsu kənd folklor klub filialının müdiri Rüfət Axundov çıxış edərək bu dildə danışan hər kəsi təbrik etdi və bildirdi ki, dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, millətin taleyidir. Bu baxımdan da hər kəs öz ana dilini, milli adət ənənələrini unutmamalı, qoruyub saxlamalıdır.
Tədbirdə Molla Pənah Vaqif adına 8 nömrəli məktəbin şagirdlərindən Səkinə Əliyeva "Ana dilim", Nailə Məmmədli "Mənim dilim" və İsrafil Məmmədov adına 27 nömrəli orta məktəb litseyin şagirdi Nurlan İsmayılov "Doğma dilim" şeirlərini səsləndirdilər. Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

 

47.2 KB

 

23.9 KB

 

419.3 KB