Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibətilə onlayn tədbir keçirildi

31.07.2020

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin təşkilatçılığı ilə 31.07.2020-ci i tarixində saat 16.00-da 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibətilə Zoom proqramı vasitəsilə “Dilimiz milli varlığımız, zəngin mənəvi sərvətimizdir” adlı onlayn tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq bidirdi ki, ümummilli lider Heydər Əliyev latın qra¬fikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nə¬zərə alaraq 2001-ci il avqustun 9-da fərman imzaladı. Bu fərmana əsasən 1 Avqust – Azərbaycan əlifbası və Azərbay¬can dili günü elan edildi. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova öz çıxışında Azərbaycan dilinin bütün insani duyğu və hissləri, ən incə mətləbləri, ən dərin fikir və düşüncələri ifadə etməyə qadir, bulaq suyu kimi saf, təbiət qədər əsrarəngiz, geniş imkanlara malik qüdrətli bir dil olduğunu vurğuladı. Tədbirdə iştirak edən oxucular Azərbaycan dilinə həsr olunmuş müdrik kəlamlar , şeirlər və rəvayətlər söylədilər. Tədbirdə iştirak edən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva bildirdi ki, dil insan həyatının ən gərəkli, ən zəngin neməti, tükənməz mənəviyyat xəzinəsidir. Dil idrakın, təfəkkürün tərcümanıdır. Milləti millət edən vasitələrdən biri də dildir və sonda iştirakçılara öz minnətdarlığını bildirdi, onlara uğurlar arzuladı. Tədbir xoş əhval-ruhiyyə ilə bitdi.

 

118 KB

 

128.6 KB

 

190.9 KB