Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Vətən fədaisi”

14.01.2018

14.01.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı vətənpərvərlik mövzusunda Qarabağ döyüşlərində həlak olan Milli Qəhrəmanlarımızı tanıtmaq üçün 24 saylı məktəbdə 9 sinif şagirdləri ilə “Vətən fədaisi” adlı anım günü keçirdi. Anım gününü kitabxana filialının müdiri Rahilə Qasımova açdı. Tədbir iştirakçıları Qarabağ döyüşlərində həlak olanların xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.Sonra kitabxanaçı Milli Qəhrəman Əhmədov Mübariz Əlizadə oğlunun 01.01.2018-ci ildə anadan olmasının 55 illiyi münasibətilə təşkil etdiyi bu tədbirdə Mübarizin həyatı və keçdiyi döyüş yolunda göstərdiyi qəhrəmanlıqdan danışdı.

Tarix müəllimi Şəfa xanım vətənpərvər əsgərlərimizin ,2016-cı ilin aprel ayında ön cəbhədə döyüşlər zamanı, Azərbaycan xalqı ilə birgə həqiqi mənada öz vətənpərvərliyini və həmrəyliyini göstərə bildiyindən danışdı.

Tarix müəllimi Qumru xanım ”Qarabağ bizim əzəli və əbədi torpağımızdır” mövzusunda qeyd etdi ki, tarixi faktlar göstərir ki, Qarabağ hər zaman Azərbaycan torpağı olmuş, olacaq da. Müəllimə çıxışının sonunda dedi:qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir.

Tədbirdə məktəblilər Z.Yaqubun , H.Abbasın və başqa şairlərin şeirlərini söylədilər.