Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qədim Gəncə və Tarix’ layihəsinin təlimi və bağlanış mərasimi keçirilib

15.01.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib olan “Qədim Gəncə və Tarix” layihəsi çərçivəsində Nizami yurdunda üçüncü təlimi və bağlanış mərasimi təşkil olunub. Layihənin əsas məqsədi gənclər arasında Gəncə şəhərinin tarixini və mədəniyyətini daha dərindən öyrənib, təbliğ etməkdir.

Tədbirdə çıxış edən layihə rəhbəri Seymur Mirzəyev qonaqları və iştirakçıları salamlayaraq layihənin məqsədi  və təlim çərçivəsində təşkil olunacaq müzakirələr haqqında qısa məlumat verib.

Təlimi  “Qədim Gəncə və Tarix” layihəsinin təlimçisi və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Ekskursiya aparıcısı, Gənclər Üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin nəzdində fəaliyyət göstərən Gəncə Təlimçi Məktəbinin təlimçisi Gülnar Məmmədova rəhbərlik edib.

Təlim çərçivəsində Gəncənin mədəniyyəti və milli yeməklərimiz haqqında mövzulara toxunulub. Daha sonra iştirakçılar Azərbaycanın və Gəncənin tarixini necə öyrənib təbliğ etmək barəsində qrup işləri üzərində çalışıblar.

Sonda iştirakçılar “Qədim Gəncə və Tarix” layihəsində fəal iştirak etdiklərinə görə sertifikatlar ilə təltif olunublar.

 

182 KB