Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy rayon Mərkəzi Kitabxana Sistemində “20 yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” adlı tədbir

17.01.2018

Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında 20 yanvar hüzn günü ilə əlaqədar olaraq “20 yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə MKS-nin direktoru Gülnarə Nəsibova açdı, 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Oxu zalının müdiri Sevda Əliyeva “20 yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda məruzə ilə çıxış etdi. Sonra Mərkəzi Kitabxananın əməkdaşı Ülviyyə Kazımova, kənd kitabxana filialının işçiləri Tamaşa Aslanova, Vüsalə Ziyadova, Nəzibə Qurbanova məruzə ətrafı çıxış etdilər. Onlar öz çıxışlarında 1990-ci il 20 Yanvar hadisəsini azərbaycan xalqına qarşı törədilmiş ən böyük xəyanət adlandırdılar, Azərbaycan xalqının müdrik, yenilməz olduğunu qeyd etdilər. Sonda tədbir iştirakçıları “20 yanvar 1990-cı il” adlı sərgi ilə tanış oldular.

 

21.9 KB

 

17.1 KB

 

18.5 KB