Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“15 sentyabr Bakının işğaldan azad olunduğu gündür”

15.09.2020

Goranboy rayon Mərkəzi Kitabxananın əməkdaşları 1918-ci il Bakının erməni işğalından azad  edilməsinin 102-ci ildönümü ilə əlaqədar  “15 sentyabr  Bakının işğaldan azad olunduğu gündür” mövzusunda videokonfrans keçiriblər.
Konfransı oxuculara xidmət şöbəsinin müdiri  Səidə Abdullayeva açıb. Kitabxanaçı Rəxşəndə Xəlilova məruzə ilə çıxış edib.
Metodika və biblioqrafiya şöbəsinin müdiri  Təzəgül Abbasova mövzu ilə bağlı çıxış edərək 15 sentyabr tarixini zəfər günü kimi dəyərləndirib.
Tədbirdə Mərkəzi Kitabxananın fəal oxucuları da iştirak ediblər.

 

105.5 KB