20.11.2020
Gəncə şəhər MKS-nin 13 saylı Uşaq kitabxana filialında vətənpərvərliyin təbliği məqsədi ilə 20.11.2020-ci il tarixində V.Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" adlı kitabının Zoom proqramı vasitəsi ilə onlayn təqdimatını keçirilmişdir. Kitabda yer almış I Qarabağ döyüşlərində şəhid olan Milli Qəhrəmanlarımız haqqında oxuculara məlumat verildi. Daha sonra II Qarabağ döyüşlərində şücaət göstərmiş şəhidlərimiz və qazilərimiz barəsində də söhbət açıldı.