Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Azərbaycanın qəhrəman qızı” başlığı altında onlayn söhbət keçirildi.

08.01.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 08.01.2021-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın qəhrəmancasına həlak olmasının 30-cu ildönümü ilə əlaqədar olaraq "Azərbaycanın qəhrəman qızı" başlığı altında onlayn söhbət keçirtdi. Tədbiri şöbənin müdiri Ellada Rəhimova apararaq qeyd etdi ki, Salatın Əsgərova vətənini sevən mərd və cəsur Azərbaycan qadınıdır. O, bir jurnalist kimi I Qarabağ müharibəsi dövründə cəbhə bölgəsinə səfərlər edərək, operativ və obyektiv xəbər və reportajlar hazırlayaraq Azərbaycan və Qarabağ müharibəsi haqqında həqiqətlərin üzə çıxmasına və məlumatların düzgün yayılmasına çalışmışdır. Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında düşmən tərəfindən mühasirəyə düşmüş, onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuş və jurnalist amansızcasına qətlə yetirilmişdir. Tədbirdə həmçinin II Qarabağ mövzusunada toxunulmuşdur. Söhbətdə iştirak edən kitabxananın fəal oxucuları sonda vətənpərvərlik mövzusunda şeirlər ifa etdilər.

 

41 KB

 

99.5 KB

 

92 KB