Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

11.01.2021

11.01.2021-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə elan olunan "Nizami ili" ilə əlaqədar olaraq "Nizami yaradıcılığında uşaq ədəbiyyatı nümunələri" adlı onlayn kitab xülasəsi keçirtdi. Tədbiri şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva apararaq iştirakçılara dünya şöhrətli şair haqqında məlumat verdi və bildirdiki əzəmətli yaradıcı və filosof olan Nizami Gəncəvi dünya ədəbiyyatında böyük məhəbbət və hörmətlə yad olunan, tədqiq edilən şairlərdəndir. O, əsərlərində hər zaman əməyə, zəhmətə böyük qiymət verərək, ağılı, zirəkliyi və təbiət gözəlliklərini də yüksək tərənnüm etmişdir. Zəmanəsinin şah zülmünü, qəddarlığını açıq şəkildə göstərərək kəskin tənqid etmişdir. Sonra "İlin fəsilləri", "Şah və xidmətçi", "Simnar", "Xeyr və Şər" heka buyələrini xülasə etdi. Tədbirdə iştirak edən Gəncə şəhər 38 saylı məktəbin lVa sinif şagirdləri sonda şairin poemalarından parçalar söylədilər.

 

44 KB

 

147.4 KB

 

86.4 KB