Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Amerika yazıçısı Cek Londonun 145 illiyi ilə əlaqədar olaraq “Dünyaya həqiqəti çatdırmaq istəyən tənha insan - Cek London” adlı onlayn “Hekayələr” kitabının təqdimatını keçirilib

14.01.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 13.01.2021-ci il tarixində məşhur Amerika yazıçısı Cek Londonun 145 illiyi ilə əlaqədar olaraq “Dünyaya həqiqəti çatdırmaq istəyən tənha insan - Cek London” adlı onlayn “Hekayələr” kitabının təqdimatını keçirtdi. Tədbirdə şöbənin kitabxanaçısı Kifayət Sadıqova yazıçı haqqında məlumat verərək bildirdi ki, yaradıcılığa erkən yaşlarından başlamış, çox maraqlı, macəra dolu həyat sürmüş Cek London  şəxsiyyəti və əsərləri ilə bu gün də geniş oxucu kütləsi tərəfindən sevilır. Təqdim olunan güclü emosional təsirə malik olan “Hekayələr” kitabında oxucular “Boz qurd”, “Həyat eşqi”, “Meksikalı”, və “Tonqal” hekayələri ilə tanış ola bilərlər. Yazıçının digər əsərlərində olduğu kimi, bu hekayələrin qəhrəmanlarıda  çətinliklərlə mübarizə aparmağa hazır olan, təhlükənin gözünə dik baxan sadə, amma qoçaq, cəsarətli və igid insanlardır. Tədbirdə kitabxananın oxucuları iştirak etdilər

 

660.2 KB