14.01.2021
“Nə qədər ömrün var sönməyəcəkdir, yaşayıb-yaratmaq həvəsim mənim” adlı videokonfrans keçirilib
Goranboy rayon Mərkəzi Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan şairə Mədinə Gülgünün anadan olmasının 95 illiyinə həsr olunmuş “Nə qədər ömrün var sönməyəcəkdir, yaşayıb-yaratmaq həvəsim mənim” adlı videokonfransı giriş sözü ilə kitabxananın şöbə müdiri Təzəgül Abbasova açıb. O, mübariz ruhlu şairə Mədinə Gülgünün həyat və yaradıcılığı barədə danışıb.
Oxu zalının müdiri Sevda Əliyeva Mədinə Gülgünün cənub həsrətli şeirlərindən danışıb. Baş kitabxanaçı Dürdanə Bayramova və kitabxanaçı Ülviyyə Kərimova isə Mədinə Gülgünün yaradıcılığı barədə öz ürək sözlərini bildiriblər.
Sonda şairə Mədinə Gülgünün şeirlərindən bir necəsi səsləndirilib.