Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Dilim dillər tacıdır” adlı videokonfrans keçirilib

22.02.2021

Goranboy rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Ana  dili günü münasibətilə videokonfrans keçirilib. Tədbiri Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva acaraq bildirib ki, bütün dünya dövlətlətrində olduğu kimi, respublikamızda  da bu gün sevinclə qeyd olunur. Dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün deyil, müntəzəm olaraq həyata keçirilir.

Oxu zalının müdiri Sevda Əliyeva bildirib ki, XVI əsrdə Şah İsmayıl Xətai Azərbaycan dövlətini yaratmış, dilimizi ilk dəfə olaraq rəsmi dövlət dili elan etmişdir.

Müasir dövrümüzdə dövlət dilimizin inkişafında Ümummilli lidermiz Heydər Əliyevin xidmətləri xüsusilə danılmazdır. Ulu öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü şəkildə dil siyasəti aparmış, Azərbaycan dilinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmişdir.

Azərbaycan dövləti ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi sahəsində mühüm işlər görür. Prezident İlham Əliyev tərəfindən Azərbaycan dili ilə bağlı qəbul olunmuş Dövlət Proqramı, fərman və sərəncamlar bunun  əyani təzahürüdür.

Tədbirdə xüsusi qeyd olunmuşdur ki, əsrlərin əmanəti olan doğma dilimizi qorumaq, ona hörmətlə yanaşmaq hər birimizin müqəddəs borcudur.

Sonra Mərkəzi Kitabxananın əməktaşları Ülviyyə Kazımova və Dürdanə Bayramova  ana dilimizə aid şerlər söyləyiblər.

 

109 KB

 

108.7 KB