Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Heydər Əliyev və Gəncə” mövzusunda onlayn tədbir keçirilib

23.02.2021

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Heydər Əliyev və Gəncə” mövzusunda onlayn tədbir keçirdi. Mərkəzin elmi işçisi Gülər Ellazova çıxışına Ümummilli Lider Heydər Əliyevin qədim Gəncə şəhəri haqqında dediyi fikirlərlə başladı: “Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk”. O bildirdi ki, Ulu öndərin tükənməz qayğısı və diqqəti sayəsində Gəncə şəhəri, gəncəlilər həmişə yüksəlişin ön sıralarında olublar.

Mərkəzin direktor əvəzi İlknur İsgəndərova Ulu Öndər Heydər Əliyevin Gəncə mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs etdi. O qeyd etdi ki, Gəncə mədəniyyətinə göstərilən diqqət Ulu Öndərin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin böyük qoruyucusu və təbliğatçısı olduğunu göstərir.

ADAU-nin Tərbiyə Işləri üzrə Prorektoru Aidə Qasımova xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ümumən respublikada, eləcə də Gəncə şəhərində neçə-neçə xoş işlərin təməlinin qoyulmasından, danışdı.

Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva öz çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Gəncəyə işgüzar səfərlərini iki mərhələyə ayırmaq olar. Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu 1969-1982 –ci illər və Azərbaycan Respublikasının prezidenti olduğu 1993-2003 cü illər. XX əsrin 70-80-ci illərində şəhərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bir çox zavod və fakriklərin fəaliyyəti genişləndirilmiş, yeni sənaye müəssisələri açılmış, təhsil, səhiyyə və bir sıra mədəniyyət ocaqları istifadəyə verilmişdi.

ADAU-nin tarix müəllimi Şəfa Musazadə Heydər Əliyev Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini yaxşı bilirdi. Bəlkədə bu səbəbdən idi ki, Nizami yurdunu daim diqqətdə saxlayırdı.

Sonda ADAU-nin Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə ölkədə yürüdülən uğurlu Gənclər siyasətindən bəhs etdi.

 

259.2 KB

 

67.4 KB

 

96 KB