Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Azərbaycanın ümumbəşər şairi - Nizami Gəncəvi” mövzusunda videokonfrans keçirilib

23.02.2021

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Şabran rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanın ümumbəşər şairi - Nizami Gəncəvi" mövzusunda videokonfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalaması, dahi şairimizin irsinin daha dərindən araşdırılmasında ən mühüm addım oldu. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib.

Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev bildirdi ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib.

Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova “Nizami Məqbərəsinin tarixi”, Xəqani Poeziya evinin direktoru Aybəniz Əliyar “Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsindədir”, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova “Dünya ədəbiyyatında Nizami Gəncəvinin rolu” mövzularında çıxışlar etdilər.

Sonda Nizami Gəncəvi muzeyinin elmi işçisi Xəyalə Məmmədova Nizami Gəncəvi muzeyi haqqında məlumat verdi.

 

269.3 KB

 

425.8 KB