06.04.2021
Kəlbəcər rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin Zərqulu kənd kitabxanasında dahi şair Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “Nizami Gəncəvi lirikası” başlığı altında onlayn tədbir keçirildi.
Tədbiri filial müdiri Orucova Aynuriyyə açaraq tədbir haqqında məlumat verdi. Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva, Kəlbəcər rayon 30 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Vəfa Abışova çıxış edərək bildirdilər ki, Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə etmişdir.
Nizami Gəncəvinin yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Tədbirdə oxuculardan Rəfiqə Bayramova, Fidan Abışova Nizami Gəncəvinin yazdığı şeirləri söylədilər.
Tədbirdə oxuculardan Rəsulrza Əhmədov, Babək Mirzəyev, Sədəf İbrahimova və başqaları iştirak edirdi.