Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Milli mətbuatımızın Molla Nəsrəddin yolu” başlıqlı onlayn tədbir keçirildi

08.04.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 1 saylı filialı Müsəlman Şərqinin mətbuat tarixində Azərbaycan dilində çap olunmuş ilk satirik jurnalın “Molla Nəsrəddinin” nəşr olunmasının 115 illiyi ilə əlaqədar “Milli mətbuatımızın Molla Nəsrəddin yolu” başlıqlı onlayn tədbir, dəyirmi masa keçirdi. Tədbiri 1 saylı filalın müdiri Züleyxa Məlikova açaraq, tədbir iştirakçılarını salamladı. Tədbiri aparmaq üçün sözü kitabxanaçı İlyasova Şəhla Ilyasovaya verdi. Kitabxanaçı XX əsrin əvvəlləri Azərbaycan mətbuatı üçün zəngin, eyni zamanda mürəkkəb bir dövr olduğunu qeyd edib, tarixi şəraitin mürəkkəbliyi və çətinliyinə baxmayaraq elə bir zamanda ən maraqlı satirik mətbu orqan olan “Molla Nəsrəddinin” jurnalının çapının əhəmiyyətini qeyd edib, jurnal haqqında video-çarx nümayiş etdirdi. Sonra sözü çıxışçılara verdi. Tədbirdə Azərbaycan yazıçısı, jurnalisti, dramaturqu, publisisti, Nüşabə Məmmədli, şair, tətqiqatçı Ramiz Təmkin, “Molla Nəsrəddin”jurnalı və Gəncə ədəbi mühiti mövzusunda dissertasiya müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru, GDU-nun müəllimi Səba  Namazova, MKS-nin direktor müavını Fəridə Qədimova çıxış etdilər. Çıxışçılar “Molla Nəsrəddin” jurnalının Milli mətbuat tariximizdə yeri, əhəmiyyəti barədə ətraflı, dərin məzmunlu, əhatəli çıxışlar etdilər.  

 

142.1 KB

 

116.6 KB

 

119.3 KB