08.04.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 7 aprel Ümumdünya Sağlamlıq Günü münasibətilə 07.04.2021-ci il tarixində "Sağlamlıq ən böyük xoşbəxtlikdir" başlıqlı onlayın görüş keçirdi.Tədbirdə filialın müdiri Rahilə Qasımova 7 aprel Ümumdünya Sağlamlıq Gününün yaranması haqqında qısa məlumat verdi. Sonra söz Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın "Ailə sağlamlıq mərkəzi"nin terapevt həkimi Yaqut Məmmədova verildi. Həkim insan sağlamlığı üçün vacib olan bütün şərt və amillər haqqında daha ətraflı məlumat verdi.Həkim Heydər Əliyev fondunun irimiqyaslı lahiyələrindən də danışdı və hər kəsə sağlam həyat arzuladı.
Tədbirdə iştirak edən MKS-nin direktoru Elmira Əliyeva və direktor müavini Fəridə Qədimova həkimə geniş məlumat üşün təşəkkürlərini bildirdilər və suallar verdilər. Sonda həkim tədbir iştirakçılarının çox saylı suallarını cavablandırdı