Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları UNESKO-nun Almatıdakı nümayəndəliyi Orta Asiya və Cənubi Qafqaz regionundan olan muzey işçiləri üçün olan vebinarda iştirak ediblər

08.04.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova, elmi işçisi Gülər Ellazova, kiçik elmi işçisi Dursun Əliyeva və bələdçisi Sevinc Əhmədova 2021-ci ilin mart və aprel aylarında UNESKO-nun Almatıdakı nümayəndəliyi Orta Asiya və Cənubi Qafqaz regionundan olan muzey işçilərinin müəyyən fəaliyyət sahələrində bilik və bacarıqlarını artırmaq üçün təşkil etdiyi 3 veb-seminarda iştirak etdilər. Veb seminarlar rus dilində onlayn formatda keçirildi.

3 veb-seminarın məruzəçisi Rusiya Etnoqrafiya Muzeyinin direktoru (Sankt-Peterburq, Rusiya Federasiyası), YUNESKO-nun MDB-ə üzv ölkələrdə muzeylərin inkişaf layihələri və muzey kolleksiyalarının qorunması üzrə mütəxəssisi Yulia Kupina olub.

 

212.4 KB

 

208 KB