Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa keçirilmişdir

08.04.2021

08 aprel 2021-ci il tarixində Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamına əsasən dəyirmi masa keçirmişdir.

Tədbiri muzeyin direktoru Rəcəb Qarayev açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu bildirib. O qeyd edib ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə, onu dünyaya məhz Azərbaycan şairi kimi daha çox tanıtmağa ehtiyac vardir.

Tədbirdə Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi nümayiş etdirilmişdir.

 

96.5 KB

 

75.3 KB

 

95.9 KB