Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirilib

08.04.2021

07 aprel 2021-ci il tarixdə Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 2016-cı il aprel döyüşlərinin 5-ci ildönümü ilə əlaqədar “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı onlayn tədbir keçirmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzinin,  Mərkəzi Kitabxana Sisteminin, rayon Mədəniyyət Mərkəzinin işçiləri və Goranboy rayon 1 saylı orta məktəbin tarix müəllimi Rəna Məmmədova iştirak etmişlər.

Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri muzeyin fond mühafizi Ulduz Bağlırova açaraq qeyd etdi ki, rəşadətli ordumuz aprel döyüşlərində olduğu kimi Vətən Müharibəsində də düşmənə öz gücünü göstərərək şanlı Qələbə qazanmışdır.

Tədbirdən sonra muzeyin əməkdaşları rayondakı şəhidlər xiyabanını ziyarətə getmişlər.

 

 

162.3 KB

 

116.5 KB

 

120.5 KB