Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Qəhramanlar unudulmur” adlı görüş

12.02.2018

Gəncə şəhər MKS-nın 9 saylı kitabxana filialının təşkilatçılığı ilə “Qəhramanlar unudulmur” adı altında Qarabağ müharibəsində, 1994-cü ildə Ağcabədi rayonunun Xocavənd kəndi uğrunda şəhidlik zirvəsinə ucalmış Rövşən Duman oğlu İbrahimovun ailəsi ilə görüş keçirilmişdir.

Vətənpərvərliyinin təbliği ilə bağlı keçirilən bu görüşdə kitabxana kollektivi, oxucular və Gəncə şəhər 37 saylı orta məktəbin VII sinif şagirdləri iştirak etdilər.

Şəhidin anası Dilbər İbrahimova, bacıları Südabə İbrahimova Tərlan İbrahimova qardaşları Rövşən İbrahimov haqqında öz xatırələrini söylədilər. Onlar üçün oğul itkisi, qardaş itkisi ağır olsa da həmin gün baş verən hadisələri sanki yenidən yaşadıqlarını gənc nəslə çatdırdılar. Bu da gənclərdə vətənə məhəbbət hissini dahada yüksək səviyədə olduğunu bildirdi. Sonra filialın müdiri Məsmə İsgəndərova şəhid Rövşən İbrahimovun həyatı və döyüşdə göstərdiyi qəhrəmanlıqlar haqqında danışdı. İbrahimov Rövşən Duman oğlu 1975-ci ilin mart ayının 26-da Qərbi Azərbaycanda dünyaya göz açmış, 1988-ci ildə öz ata baba yurdundan köçkün düşərək ailəsilə birlikdə Gəncə şəhərində məskunlaşmışdır. Vətənmizdə gedən ağır döyüşlər onuda bərk sarsıtmışdı. O, könüllü olaraq cəbhə bölgəsinə yola düşür. Cəbhədə olarkən komandirlərin, əsgərlin böyük hörmətini qazanmışdır. O, məhşur topçu idi. Ağcəbədi rayonun Xocavənd kəndindi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid oldu. Rövşən Duman oğlu İbrahimov 1994-cü ildə fevralın 6-da Gəncədə Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Daha sonra tərbir iştirakçıları şəhidin ailəsilə birlikdə Şəhidlər Xiyabanınında, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərmizin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Rövşən İbrahimovun məzarı ziyarət edilmiş, gül –çıçək dəstləri qoyulmuş, şəhidlərin ruhlarına dualar oxunmuşdur. Sonda, kitabxananın oxucuları Cəfər Məmmədov, Zərifə Abbasdova, Yeganə Abbasova “Şəhid balaların ölən çağıdır” şeirini söyləmişlər.

 

31.4 KB