Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Onun əsərləri Azərbaycan musiqisinin zirvəsidir.

13.02.2018

13. 02. 18 – ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, böyük bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar 3 saylı musiqi məktəbində “ Onun əsərləri Azərbaycan musiqisinin zirvəsidir ”

başlığı altında musiqi saatı keçirdi. Tədbiri Bülbül adına 3 saylı musiqi məktəbinin fortepiano müəllimi Aybəniz Mustafayeva açaraq qeyd etdi ki, 5 fevral Qara Qarayevin doğum günüdür. Dahi bəstəkar baletləri, simfonik poemaları, simfoniyaları, kamera - instrumental əsərləri ilə Azərbaycan və dünya musiqi xəzinəsinə əvəzsiz töhfələr verib. Tədbirdə bildirildi ki, bəstəkarın əsərləri ölməzdir və bu böyük şəxsiyyət Azərbaycan xalqının milli fəxridir. Sonra tədbir musiqi məktəbinin müəllim və şagird kollektivinin təqdim etdiyi musiqilərlə davam etdi. Gənc ifaçılardan Ceyhun Məmmədovun (tar) , Sevda Abbasovanın ( fortepiano) , Lamiyə Hacıyevanın (xanəndə)

təqdim etdikləri musiqi çələngi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Tədbirdə

kitabxana əməkdaşları tərəfindən “Qara Qarayev zirvəsi” adlı sərgi nümayiş olundu.