Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“ Unudulmuş kitablar ”

18.02.2018

Son vaxtlar kitabxanalarda oxucularla işin aktiv forması kimi mütaliəyə dəstək olmaq, kitab oxumamağa etiraz əlaməti olaraq, əhalinin mütaliəyə cəlb edilməsi, yeni kitabların, eyni zamanda unudulmuş kitabların mütaliəsi ilə əlaqədar olaraq “ Birgə mütaliə edirik ”aksiyası keçirilir. Bizim kitabxana da bu aksiyaya qoşularaq, sərgi təşkil etdik. Təşkil olunmuş universal sərgidə “ Unudulmuş kitablar ” başlıgi altında toplanmış ədəbiyyat haqqında böyük kitabxanaçı Könül Mirxudayeva məlumat verdi. O, qeyd etdi ki, fondumuzda olan bu kitablar oxucular tərəfindən unudulsa da, məzmunca öz əhəmiyyətini, dəyərini itirməyib. Belə kitablar latın qrafikası ilə hələlik nəşr olunmayıb. Bu məqsədlə biz 40 - a yaxın kitab sərgiləmişdik.Tədbir iştirakçıları onlar üçün maraqlı kitablardan oxumaq üçün götürdülər

 

9.1 KB

 

10.7 KB