Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Dünya şöhrətli Azərbaycan bəstəkarı” adlı oxucu konfransı

19.02.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 19 saylı orta məktəbdə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə “Dünya şöhrətli Azərbaycan bəstəkarı” adlı oxucu konfransı keçirdi. Oxucu konfransını kitabxana filialının müdiri Rahilə Qasımova açaraq, Qara Qarayevin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi. Məktəbin direktoru Elçin Alıyev bəstəkarın yaradıcılığının janr müxtəlifliyindən və əsərlərinin dünya şöhrətli olmasından danışdı.

Məktəbin musiqi müəllimi Aygün Əliyeva “Qara Qarayev, musiqiləri ilə həmişə müasirimizdir”adlı mövzuda çıxış etdi. Aygün xanım onu da qeyd etdi ki, bəstəkarın yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinə əvəzolunmaz töhfədir.

24 saylı məktəbin musiqi müəllimi Yeganə Məmmədova “Qara Qarayev yaradıcılığı Azərbaycan mədəniyyətinin sərvətidir” adlı çıxışında bildirdi ki, bəstəkar nəinki Azərbaycanda hətta vətən sərhədlərindən çox-çox uzaqlarda yazdığı musiqilərlə dünyanı fəth etmişdir. 24 saylı məktəbin musiqi müəllimi Aminə Səmədova isə “Qara Qarayev və Azərbaycan baleti” adlı çıxışında qeyd etdi ki, bəstəkar Azərbaycan baletini yaratmaqla mədəniyyətimizdə yeni bir səhfə açdı. 40 il pedaqoji failiyyətlə məşğul olmuş bəstəkarın tələbələrinin səsi dünyanın bir çox ölkələrindən gəlir.

Sonda məktəblilər bəstəkarın “Əhmədin mahnısı”nı ifa etdilər.