Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Xocalı-sağalmayan yaramız” adlı dəyirmi masa

19.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Samux rayon Mədəniyyət Mərkəzinin Çobanabdallı kənd Diyarşünaslıq evində 26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Xocalı-sağalmayan yaramız” adlı dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində ən dəhşətli və analoqu olmayan, xalqımıza qarşı törədilən ən faciəli soyqırım aktı olduğunu bildirdilər.

Tədbirdə xüsusi vurğulandı ki, Xocalılar hətta amansız soyqırım günündə özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.