Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı rayon Mədəniyyət evində “İlk iki şəhidimiz” adlı dəyirmi masa

19.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Xocalı rayon Mədəniyyət evində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “İlk iki şəhidimiz” adlı dəyirmi masa keçirildi.

Tədbiri Xocalı rayonu üzrə baş məsləhətçi əvəzi Ruslan Bəşirov açdı. Xocalı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə həmçinin Mədəniyyət evinin metodisti Hafiz Abbasov, MKS-nin direktoru Bəhram Məmmədov, kitabxanaçı Nəfiqə Əliyeva çıxış edərək 19 fevral 1991-ci ildə şəhid olan ilk iki nəfər Xocalı vətəndaşı haqqında danışdılar.

 

33 KB