Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kəlbəcər rayonun Sarıdaş kənd kitabxana fililaında Xocalı faciəsinə həsr olunmuş tədbir

19.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayonun Sarıdaş kənd kitabxana filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Şəhid yurdum Xocalı” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Nazanı Bayramova açdı, Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra o, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Sovet ordusunun 366-cı Motoatıcı alayının Xocalıda törədilən soyqırım aktından danışdı.

Kitabxanaçı Hicran Həmidova çıxış edərək bildirdi ki, artıq Xocalı soyqırımı bütün dünyada tanınır. “Heydər Əliyev Fondu”nun Vitse prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımı haqqında həqiqətin bütün dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınması üçün “Xocalıya ədalət” başlığı altında kompaniya təşkil etməsindən danışdı.

Tədbirdə 11 və 9 saylı tam orta məktəbin şagirdləri Xocalı faciəsinə aid şeirlər söylədilər.

 

20.3 KB