Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy rayon Mərkəzi Kitabxanada “Tariximizin qan yaddaşı – Xocalı faciəsi”

20.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Tariximizin qan yaddaşı – Xocalı faciəsi” başlıqlı tədbir keçirildi.

Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açdı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Baxçakürd kənd kitabxana filialının böyük kitabxanaçısı Esmira Məhərrəmova “Tariximizin qan yaddaşı – Xocalı facıəsi” başlıqlı məruzə ilə çıxış etdi. Oxu zalının müdiri Sevda Əliyeva, Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova məruzəətrafı çıxış etdilər. Tədbirdə vurğulandı ki, ermənilərin azərbaycanlılara qarşı yüzilliklər boyu törətdikləri dəhşətli soyqırım faktları kifayət qədərdir. Xocalı soyqırımı bəşəriyyətin dəhşətli faciələrdən biridir və Azərbaycan xalqının qan yaddaşıdır.

Sonda tədbir iştirakçıları “26 fevral – Xocalı faciəsi günüdür” başlıqlı sərgi ilə tanış oldular.