Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Naftalan şəhər N.Gəncəvi adına Mərkəzi Kitabxanada Xocalı Soyqrımının 26-cı ildönümü ilə əlaqədar dəyirmi masa

20.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Naftalan şəhər N.Gəncəvi adına Mərkəzi Kitabxanada 26 fevral Xocalı Soyqrımının 26-cı ildönümü ilə əlaqədar dəyirmi masa və sərgi təşkil edildi.

Tədbiri kitabxananın direktoru Nərmin Əliyeva açaraq soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükut elan etdi.

Sonra isə kitabxananın baş kitabxanaçısı Təranə Quliyeva soyqrım haqqında oxuculara ətraflı məlumat verdi: Dünya tarixində insanların kütləvi qətliamı ilə bağlı soyqrımlar çox olub. Amma onların içərisində Xocalı soyqırımı xarakteri və qəddarlığı ilə fərqlənir. 26 fevral 1922-ci ildə yer üzündən silinən bu şəhərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 7 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilmiş 487 nəfər şikəst olmuş, 1275 nəfər ermənilər tərəfindən əsir götürülmüş, soyqrım qurbanlarının 56 nəfəri amansız vəhşililiklə qətlə yetirilmişdir. 24 uşaq hər iki valideynini, 130 körpə isə bir valideynindən məhrum olmuşdur.

Məruzəçi bildirdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsidir.

Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış oldular.