Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kəlbəcər rayon MKS-nin Qanlıkənd kənd kitabxanasında “Xocalı faciəsi” adlı tədbir

20.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Kəlbəcər rayon MKS-nin Qanlıkənd kənd kitabxanasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi” başlığı altında tədbir keçirildi.

Tədbirdə 112 saylı orta məktəbin şagirdləri və qəsəbə sakinləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Şövkət Həsənova açdı. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin ermənilər tərəfindən işğal olunmasından, dinc əhaliyə qarşı soyqırım törədilməsindən danışdı. Kitabxanaçı Yeganə Əliyeva danışaraq 1988-ci ildən, ermənilərin Azərbaycanlılara qarşı elan olunmamış müharibədən məlumat verdi. O, bildirdi ki, bütün dünyada Xocalı Soyqırımının tanınması üçün “Heydər Əliyev Fondu”nun Vitse-Prezidenti Leyla xanım Əliyeva “Xocalıya ədalət” başlığı altında tədbirlər təşkil edir. Dünyanın hər yerində fevral ayının 26-da Xocalı soyqırımı anılır və tədbirlər keçirilir.

Tədbirdə xüsusi qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımız tezliklə düşməndən azad olunacaq, biz öz doğma ata baba yurdumuza qayıdacağıq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Tədbirin sonunda uşaqlar Xocalıya aid şeirlər söylədilər.