Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı rayon Mərkəzi Kitabxanasında ”Onlar bir daha böyüməyəcəklər” adlı dəyirmi masa

20.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Xocalı rayon Mərkəzi Kitabxanasının oxu zalında Xocalı faciəsində şəhid olan 63 uşağın xatirəsinə həsr olunmuş "Onlar bir daha böyüməyəcəklər" başlığı adı altında dəyirmi masa təşkil olundu.

Tədbiri MKS-nin direktoru Bəhram Məmmədov açdı. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Bəhram Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verdi.

Dəyirmi masada çıxış edən MKS-nin əməkdaşı Şükür Bəşirov, oxu zalının müdiri Gülnaz Zeynalova erməni vandallarının çirkin əməllərindən, o zamanın gərgin siyasi vəziyyətindən danışdılar.

Tədbirdə mədəniyyət, incəsənət işçiləri, o cümlədən Xocalıdan olan digər sakinlər iştirak etdilər

 

19.4 KB