Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalının fəxri olan Brilyant Məmmədli növbəti uğura imza atıb.

14.08.2017

Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdi qazandığı uğurlarla ümidli gələcəyəmizdən xəbər verir. Naftalan Şəhər Uşaq Musiqi Məktəbində təhsil alan 11 yaşlı pianoçu İsveçrənin Val de Traver regionunda keçirilən “Gənc ifaçıların beynəlxalq müsabiqəsi”ndə iştirak edib.
Xatirə Qəmxarovanın yetirməsi olan gənc pianoçu müsabiqədə İ.S.Bax, V.A.Motsart və Niyazinin əsərlərini məharətlə ifa edərək münsiflər heyətinin rəğbətini qazanıb. Brilyant Məmmədli müsabiqədə ikinci yerə layiq görülüb.
Kiçik barmaqlarıyla ürəkləri oxşayan Birilyant respublikamızda keçirilən yarışlarda da böyük uğurlara imza atmışdır, Fəxri Fərman və diplomlarla təltif edilib.
Qeyd edək ki, Brilyant Məmmədli 2016-cı il dekabr ayının 3-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “FIRST, INTERNATIONAL “EDELWEISS” COMPETITION ifaçılıq müsabiqəsində iştrak edərək, II yerin sahibi olub.