Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Naftalan şəhər Uşaq Musiqi Məktəbində 26 fevral Xocalı faciəsi

24.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Naftalan şəhər Uşaq Musiqi Məktəbində 26 fevral “Xocalı soyqırımı” faciəsinin 26-cı ildönümü qeyd edildi.

Məktəbin direktoru Almaz Əliyeva tədbiri açıq elan etdi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin müəllimi Günel Məmmədova “Xocalı soyqırımı” haqqında məruzə ilə çıxış etdi.

Sonra məktəbin şagirdlərinin hazırladığı “Göynəyir sinəm Xocalı ” adlı ədəbi-bədii kompazisiya təqdim olundu.

Tədbirin sonunda 26 fevral Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirildi.

 

32.2 KB