Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kəlbəcər rayon MKS-nin Uşaq şöbəsində Xocalı faciəsinə həsr olunmuş tədbir

24.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Kəlbəcər rayon MKS-nin Uşaq şöbəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Xocalı uşaqların gözü ilə” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiiri Əfruz Hacıyeva açdı. Kitabxanaçı Aynurə Hüseynova çıxış edərək bildiridi ki, sovet ordusunun 366-cı moto alayı polku ermənilərlə birləşərək dinc əhaliyə o cümlədən qocalara, uşaqlara, qadınlara amansızlıqla divan tutmuşdur.

Tədbirdə 9 saylı məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər.

Tədbirin sonunda iştirakçılar kitabxanada təşkil edilmiş kitab sərgisi ilə tanış oldular.

 

29.7 KB