Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Günəşin batdığı yer- Xocalı

26.02.2018

Gəncə şəhər MKS - nin 7 saylı kitabxana filialı 25 saylı orta məktəblə birlikdə Xocalı faciəsinin 26 illiyi ilə əlaqədar “ Günəşin batdığı yer - Xocalı” adlı xatirə günü keçirtdi. Tədbirin əvvəlində Xocalıda faciəli surətdə həlak olanların, eləcə də torpaqlarımızin azadlığı və suverenliyi yolunda şəhid olan Vətən oğlanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Natella Hacıyeva açaraq Xocalı faciəsi haqqında məlumat verərək vurğuladı ki, faciədən 26 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Sonra 25 saylı məktəbin tədris hissə müdiri Nailə Məmmədova, tarix müəllimi Rəfiqə Məmmədova, ehtiyatda olan mayor Oruc Orucov çıxış edərək bildirdilər ki, Xocalı faciəsinin ağır nəticələrini hamı bilməli və daima yadda qalmalıdır, Xocalı soyqırımının günahkarları layiqli cəzalarına çatmalıdırlar. Tədbirdə kitabxananın və məktəbin fəal oxucuları musiqi alətlərinin müşayiəti ilə F.Hacıyevanın “Xocalı gedən gündən”, Z.Yaqubin “Şəhid qanı”, N.Kəsəmənlinin “Xocalı”, S.Rüstəmxanlının “Xocalıdan sonra” və s. şeirləri söylədilər. Tədbir çərçivəsində iştirakçılar mövzu ilə əlaqədar “Tarixin Xocalı dərsi “ adlı sərgi ilə tanış oldular. Tədbirin sonunda N.Hacıyeva üzünü iştirakçılara tutub səsləndi: “Harada yaşamağından asılı olmayaraq, Xocalı həqiqətlərinin, Qarabağ müharibəsinin təbliğ edilməsini istəyiriksə, hər kəs öz fəaliyyətini ortaya qoymalıdir. Bugünki tədbirimiz də bu məqsədi daşıyır.

 

23.2 KB