Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Samux rayon ümumi təhsil məktəblərində attestatlar məzunlara təqdim edilib

14.08.2017

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə IX və XI sinfi birtirən məzunlara yeni attestatlar verilir.
IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə bitirən məzunlara fərqlənmə, digər hallarda isə adi attestat verilir.
XI sinfi qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara xüsusi nümunəli, əlaçılara  fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.
Təhsil sənədlərinin forma və məzmununda da dəyişikliklər var. Belə ki, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.
Həmçinin qeyd edək ki, 2016-2017-ci tədris ilinin yekununda Samux rayon ümumi təhsil müəssisələri üzrə 475 nəfər XI sinif məzunu və 8 nəfər eksternat imtahan vermiş məzun adi, 5 nəfər fərqlənmə attestatı, IX sinif məzunlarından isə 652 nəfər adi, 5 nəfər isə fərqlənmə attestatı alıb. Fəqrlənmə attestatı almış məzunların adları siyahıda qeyd edilib:
Ümumi orta təhsil haqqında fərqlənmə attestatı alanlar:

                Füruzə İbrahimova - İnstitut qəsəbə tam orta məktəb
                Mirzə Məmmədov - Yuxarı Ağasıbəyli kənd tam orta məktəb
                Bahar Əmiraslanova - Ziyadlı kənd tam orta məktəb
                Əfsanə Əliyeva - Ziyadlı kənd tam orta məktəb
                Əsli Məhərrəmova - Ziyadlı kənd tam orta məktəb

Tam orta təhsil haqqında fərqlənmə attestatı alanlar:

                Zeynəb Talıbzadə - Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey
                Ləman Aslanova - Qovlarsarı kənd tam orta məktəb
                Aysel Əsədova - Qovlarsarı kənd tam orta məktəb
                Nigar Ağalı - Yuxarı Ağasıbəyli kənd tam orta məktəb
                Aiyət Ağayev - Yuxarı Ağasıbəyli kənd tam orta məktəb