Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialında “Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya

26.02.2018

Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 2 saylı Peşə liseyi ilə birgə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya keçirdi.

Tədbir iştirakçıları Xocalı soyqırımında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə 24 saylı kitabxana filialının müdiri Rahilə Qasımova, Peşə liseyinin direktor müavini Xanlar Mikayılov, tarix müəllimi Natiq Əliyev 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verən dəhşətli soyqırımdan danışdılar.

Tədbirin sonunda “Xocalı soyqırımı” adlı sərgi nümayiş etdirildi.