Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Mədəniyyət Mərkəzində “Xocalı qan yaddaşımızdır” mövzusunda dəyirmi masa

26.02.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Gəncə şəhər Mədəniyyət Mərkəzində 26 fevral Xocalı Soyqrımının 26-cı ildönümü ilə əlaqədar olaraq “Xocalı qan yaddaşımızdır” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açdı. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

O, çıxışında qeyd etdi ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu faciə gələcək nəsilə çatdırılmalı və heç kimin bu faciənin unutmağa haqqı olmamalıdır. Tədbirdə Gəncə şəhər 15 saylı tam orta məktəbin şagirdləri Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər. Dəyirmi masada 3 saylı kitabxana filialının işçiləri də iştirak etdilər.