Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy şəhərində salınmış şəhərcikdə Xocalı abidəsinin önündə Xocalı Soyqırımının 26-cı ildönümü

25.02.2018

Goranboy şəhərində salınmış şəhərcikdə Xocalı abidəsinin önündə Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Xocalı rayonu üzrə baş məsləhətçi əvəzi Ruslan Bəşirov və başqaları çıxış etdilər.

Tədbirdə Xocalı soyqırımının Dünyada tanıdılması üçün dövlətimizin gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Respublikanın I Vitse-prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində gördükləri işlərdən danışıldı.

Tədbirin sonunda Xocalı şəhər 1 nömrəli Klubun hazırladığı “Ana harayı” adlı səhnəcik iştirakçılara təqdim olundu.

 

27.8 KB