Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Diyarşünaslıq evində Xocalı soyqırımının 26-cı ildönümü

26.02.2018

Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində, Gəncə şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq evinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.

Tədbiri Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva açdı. Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Dəyirmi masasa Xocalı soyqırımının dəhşətlərindən bəhs edildi. Xocalı soyqırımının dünyada tanıdılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, “Heydər Əliyev Fondu”nun Prezidenti, Respublikamızın I Vitse Prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində apardıqları böyük işlərdən danışıldı.

 

30.6 KB