Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Xocalı - XX əsrin qanlı faciəsi”

25.02.2018

MKS-nin 6 saylı Gənclər kitabxana filialında 25.02.2018-ci il tarixində Xocalı soyqırımı ilə bağlı “Donub qarda qaldılar, Xocalımın dərdi var” başlığı altında ədəbi-bədii kompozisiya keçirildi, Tədbir iştirakçıların Xocalıda həlak olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Kitabxananın müdiri Məryəm Məmmədova 1992-ci il fevralın 25-26 keçən gecə soyuq qarlı bir gecədə xocalıların başına gətirilən insanlığa sığmayan, tarixdə görünməmiş vəhşilikdən danışdı.

Tədbirdə istirak edən GDU-nun III kurs tələbəsi Kərimli Almaz Xocalı faciəsinin dəhşətləri ilə yanaşı əsir düşənlərin taleyi haqqında danışdı. Tədbirdə 1 saylı orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olundu.

Sonda böyük kitabxanaçı Təmarə Hüseynova “Xocalı - XX əsrin qanlı faciəsi” adlı sərgidə nümayiş olunan kitablar və dövrü mətbuatda əksini tapmış məqalələr haqqında iştirakçılara ətraflı məlumat verdi